Əsas Səhifə > Gənclər > "Daima uşaqların üzündə təbəssüm yarat" adlı xeyriyə konserti keçrilib

"Daima uşaqların üzündə təbəssüm yarat" adlı xeyriyə konserti keçrilib


2-03-2019, 14:08


BrendSport.az Gənclər şöbəsi xəbər verir ki, Daima uşaqların üzündə təbəssüm yaratmağa çalışan “Dəstək Olaq” xeyriyyə təşkilatı və Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə bu dəfə də Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət edildi.
Təşkilatın rəhbəri Aşura Hüseynova bildirdi ki “Biz gənclər iki nəsil arasında körpüyük. Və bünövrəmiz də körpələrdir. Ölkəmizdə valideynsiz, fiziki və ya psixoloji zorakılığa məruz qalan, valideyni şəhid olan, uşaqlığından məhrum olub maddi ehtiyac içərisində yaşayan uşaqlarımızı unutmamalıyıq. Danılmazdır ki, başda ölkə başçımız cənab İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva olmaqla, dövlətimiz valideyn himayəsindən məhrum qalmış uşaqlara kifayət qədər qayğı göstərir, daim diqqət mərkəzində saxlayır. Və bunun kimi addımlar daim biz gənclərə nümunə olmalıdır.
Bu qayğını körpələrdən əsirgəməmək bizim insanlıq və mənəvi borcumuzdur.”
Onlarla bərabər qonaq olan Seymur Rüstəmov, müğənnilərdən İzzət Bağırov, Elşən Osmanov, Fatimə Əzimova, Məryəm Əkbər və istedadlı gənc Xəyal Novruzlu körpələrin əylənməsi və bir neçə saatlıq olsa belə gözəl zaman keçirməsində xüsusən çalışıblar. Tədbir uşaqlar üçün hazırlanmış tortla yekunlaşdırılıb




Geri qayıt