Əsas Səhifə > Gənclər > "Dayanıqlı İnkişaf və Gender Bərabərliyi" mövzusunda, gənclərin iştirakı ilə görüş keçirilmişdir

"Dayanıqlı İnkişaf və Gender Bərabərliyi" mövzusunda, gənclərin iştirakı ilə görüş keçirilmişdir


1-03-2019, 14:15


BrendSport.az Gənclər Şöbəsi xəbər verir ki, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Dayanıqlı İnkişaf və Gender Bərabərliyi" mövzusunda, gənclərin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova, Avropa Şurası Təlimçilər şəbəkəsinin üzvü, Yuva Humanitar Təşkilatının idarə heyətinin üzvü, "Kompas" və "Öz sözünü de!" vəsaitlərinin eksperti Pərvanə Məmmədova və
Daxili İşlər Nazirliyi Xüsusi Vasitələrin tətbiqi dəstəsində Xüsusi Təyinatlı bölüyündən ehtiyatda olan hərbçi Nərmin Mənsurova , "Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər"dən biri olan Ayan İsmayılova spiker qismində çıxış etmişdir.
AQUPDK-nin nümayəndəsi Aynur Veysəlova gənclərə DİM-in 5-ci məqsədi haqqında ətraflı məlumat vermiş, xüsusi hazırlanmış slyadlar vasitəsilə gender bərabərliyi və bu bərabərliyin təminatına gedən əsas yollardan danışmışdır.
Daha sonra çıxış edən Avropa Şurası Təlimçilər şəbəkəsinin üzvü Pərvanə Məmmədova gənc oğlanlara "ayrı seçkilik necə yaranır?" sualına cavab tapmaq üçün əyləncəli suallar vermiş və gənclər qurulan oyun vasitəsi ilə sosial fərqi yaradan ictimai münasibətin yaratdığı çatışmazlıqları görmüşlər.
Gənc səfir Ayan İsmayılova isə insan hüquqları, gender bərabərliyi və bu bərabərliyin pozulması zamanı yaratdığı problemlərdən danışmış və gənclərin suallarını cavablandırmışdır.
Çıxış edən Daxili İşlər Nazirliyi Xüsusi Vasitələrin tətbiqi dəstəsində Xüsusi Təyinatlı bölüyündən ehtiyatda olan hərbçi Nərmin Mənsurova peşə seçimində cinsi ayrı seçkiliyə yol vermə hallarının aradan qaldırılmalı olduğunu, polis, hərbi və bu kimi sahələrdə qadınların da kişilər qədər uğurlar əldə edə biləcəyini qeyd etmişdir.
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Zəkiyyə Hacıyeva fəaliyyət illəri zamanı çalışan qadınların üzləşdiyi çətinliklərdən, gender
bərabərliyinin pozulmasını yaradan amillərdən nümunələr və öz təcrübələrindən danışmışdır.
Geri qayıt