Əsas Səhifə > Gənclər > "Şəhidlər ölməz" adlı şeir müsabiqəsi baş tutdu

"Şəhidlər ölməz" adlı şeir müsabiqəsi baş tutdu


20-01-2019, 01:12


19.01.2019 tarixdə Şəki şəhər M.F.Axundzadə Adına Mədəniyyət Evində Şəki Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə kəçirilən, "Kreativ Düşüncə" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi"nin nəzdində fəaliyyət göstərən "Məram" Gənclik İnkişaf Mərkəzinin təşkil etdiyi 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş və Şəki məktəbliləri arasında gerçəkləşən "Şəhidlər ölməz" adlı şeir müsabiqəsi baş tutdu. Tədbirdə Şəki Şəhər Gənclər ve İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Qarabağ Müharibəsi Veteranları Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsinin sədri Məmmədnuru M, "MƏRAM" Gənclik İnkişaf Mərkəzinin koordinatoru Rəhman Nuri, şəhid ailələri, müsabiqə iştirakçıları, ziyalılar və digər qonaqlar iştirak edirdilər. Tədbirə Azerbaycan Respublikasının Dövlət Himni ilə start verildi. Qonaqların çıxışı, 20 yanvar haqqında slayd ve videoları izlədikdən sonra səhnəyə şeir müsabiqəsi iştirakçıları dəvət olundu və 70 nəfər iştirakçıya hədiyyə və sertifikatlar verildi. Nəticədə 3 yeri tutan qaliblər mükafatlandırıldı və ilk yeri alan şagirdlər öz şeirlərini səsləndirdilər.


Geri qayıt