Əsas Səhifə > Gənclər > Tərtər “Gənclər Paytaxtı”, Masallı isə “İdman Paytaxtı” seçildi
Tərtər “Gənclər Paytaxtı”, Masallı isə “İdman Paytaxtı” seçildiBu gün, 21:30 |
![]() BrendSport.az | 26 noyabr 2026 Azərbaycanın regionlarında gənclər siyasətinin inkişafı, idmanın təbliği və şəhərlərin ictimai həyatının canlandırılması istiqamətində növbəti mühüm qərar qəbul edilib. Noyabrın 26-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında keçirilən səsvermənin nəticələrinə əsasən, Tərtər şəhəri 2028-ci il üçün “Gənclər Paytaxtı”, Masallı şəhəri isə “İdman Paytaxtı” seçilib. Bu qərar hər iki şəhər üçün yeni imkanların, genişmiqyaslı layihələrin və müxtəlif təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Gənclər Paytaxtı” statusuna layiq görülən Tərtər şəhərində gənclərin ictimai fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi, təhsil, mədəniyyət, könüllülük, innovasiya və sosial fəaliyyət sahələrində yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanların yaranacağı gözlənilir. Bu status gənclərin şəhərin ictimai həyatında daha fəal iştirakına, onların potensialının üzə çıxarılmasına və yeni ideyaların reallaşdırılmasına stimul verəcək. “İdman Paytaxtı” seçilən Masallı şəhəri isə 2028-ci ildə idman tədbirlərinin, müxtəlif yarışların, turnirlərin və kütləvi idman layihələrinin mərkəzlərindən birinə çevrilmək imkanı əldə edib. Bu statusun şəhərdə idman infrastrukturunun inkişafına, sağlam həyat tərzinin təbliğinə, uşaqların və yeniyetmələrin idmana cəlb olunmasına, eləcə də Masallının idman potensialının daha geniş tanıdılmasına töhfə verəcəyi gözlənilir. Regionların inkişafı, gənclərin cəmiyyət həyatında fəal iştirakı və idmanın kütləviləşməsi baxımından bu cür təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir. “Gənclər Paytaxtı” və “İdman Paytaxtı” seçimi şəhərlərə yalnız fəxri ad qazandırmır, eyni zamanda, həmin şəhərlərin inkişafı, tanıdılması və yeni layihələrlə zənginləşdirilməsi üçün əlavə stimul yaradır. BrendSport.az olaraq Tərtər və Masallı şəhərlərini bu münasibətlə təbrik edir, 2028-ci ildə hər iki şəhərdə həyata keçiriləcək layihələrin uğurlu, yaddaqalan və ölkə gəncliyinə, idmanına töhfə verən olmasını arzulayırıq. Gəncliyə dəstək, idmana təşviq, regionların inkişafı – Azərbaycanın gələcəyinə töhfədir!
Geri qayıt |