Əsas Səhifə > Gənclər > UEFA Gənclər Liqası: “Sabah” “Barselona”ya uduzub
UEFA Gənclər Liqası: “Sabah” “Barselona”ya uduzubBu gün, 17:30 |
![]() "Sabah" klubunun U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. BrendSport.az xəbər verir ki, Adino Mustedanaqiçin başçılıq etdiyi kollektiv V tur çərçivəsində Bakıda İspaniya təmsilçisi "Barselona"nın müvafiq yaş qrupu ilə qarşılaşıb. "Bank Respublika Arena"da təşkil edilən görüş qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, “Sabah” U-19 bunadək keçirdiyi dörd matçda da uduzub. Geri qayıt |