Əsas Səhifə > Gənclər > NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub
NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub28-08-2026, 15:36 |
![]() Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 2026-cı il “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub. BrendSport.az informasiya portalının Gənclər şöbəsi xəbər verir ki, NDU komandasının “Enactus” üzrə 6-cı çempionluğudur. Yarışda uğur qazanan komanda növbəti mərhələdə Azərbaycanı “Enactus World Cup 2026”-da təmsil edəcək. Dünya Kuboku bu il Braziliyada keçiriləcək. NDU-nun “Enactus” komandası tələbələrin innovativ ideyalarının dəstəklənməsi, layihələrin reallaşdırılması və beynəlxalq təcrübənin təşviqi istiqamətində yaradılan imkanlardan yararlanaraq növbəti böyük uğura imza atıb. Geri qayıt |