Əsas Səhifə > Gənclər > “Azerbaijan ROV Challenge” yarışı start götürür

“Azerbaijan ROV Challenge” yarışı start götürür


Bu gün, 15:19


Azərbaycanda texnologiya həvəskarlarını və gənc mühəndisləri bir araya gətirən “Azerbaijan ROV Challenge” (AROVC) yarışı yenidən start götürür.

BrendSport.az
xəbər verir ki, məsafədən idarə olunan pilotsuz suüstü dron və sualtı aparatların mübarizəsi Gənclər və İdman Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi, “STEAM Azərbaycan”ın təşkilatçılığı ilə baş tutacaq.

Yarış gənclərə öz dizayn etdikləri qayıq və dronları sınaqdan keçirmək, mühəndislik bacarıqlarını nümayiş etdirmək üçün unikal imkan yaradır. Təşkilatçılar gələcəyin texnologiyalarına maraq göstərən hər kəsi bu möhtəşəm fürsətdən yararlanmağa çağırıb.
Geri qayıt