Əsas Səhifə > Gənclər > Yeniyetmə pəhləvanın uğurlu çıxışları davam edir
Yeniyetmə pəhləvanın uğurlu çıxışları davam edirDünən, 22:53 |
![]() BrendSport.az informasiya portalının Gənclər şöbəsi xəbər verir ki, on iki yaşadək (U-12) yeniyetmələr arasında yunan-Roma güləşi üzrə “Neftçi” İdman Klubunun birinciliyi keçirilib. Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinin güləş zalında təşkil olunan və “Konstitusiya və Suverenlik İli” nə həsr edilən yarışda 100-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb. Turnirin sonunda qaliblərə və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub. Yarışda 35 kq çəki dərəcəsində çıxış edən Namazzadə Elşən uğurlu çıxışı ilə fərqlənərək turniri mükafatçı kimi başa vurub. Elşən artıq 3 ildir “Neftçi” İdman Klubunda məşq edir. 2015-ci il təvəllüdlü yeniyetmə pəhləvan müxtəlif klublararası yarışlarda dəfələrlə qalib və mükafatçı olub. Yeniyetmə pəhləvan Namazzadə Elşənə gələcək turnirlərdə daha böyük uğurlar arzu edirik! ![]()
Geri qayıt |