Əsas Səhifə > Gənclər > "Elm və Təhsil" naziri “FIFA Arena” layihəsi çərçivəsində inşa edilən futbol meydançasının açılışına qatılıb
"Elm və Təhsil" naziri “FIFA Arena” layihəsi çərçivəsində inşa edilən futbol meydançasının açılışına qatılıbDünən, 21:53 |
![]() Sentyabrın 8-də “FIFA Arena” layihəsi çərçivəsində Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib. BrendSport.az saytının "Gənclər" şöbəsi xəbər verir ki, Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf, Ukrayna Futbol Assosiasiyasının prezidenti Andriy Şevçenko, futbol ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər. Çıxışlar zamanı bu kimi layihələrin məktəblilərin sağlam böyüməsi, idman mədəniyyətinin formalaşması və futbolun kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Tədbir zamanı FIFA prezidenti Canni İnfantinonun layihənin uğurla həyata keçirilməsinə dair videomüraciəti də yayımlanıb. Qeyd edək ki, AFFA-nın təşəbbüsü ilə "FIFA Arena" layihəsi çərçivəsində 2 məktəbdə (Bakı şəhəri 138 və 247 nömrəli tam orta məktəblər) meydança inşa edilib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq. ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |