Əsas Səhifə > Gənclər > Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə başlanılıb
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə başlanılıb26-08-2025, 15:15 |
![]() Avqustun 26-dan 2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə başlanılıb. BrendSport.az informasiya portalının Gənclər şöbəsi xəbər verir ki, II mərhələ yalnız 1-ci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur. Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə 2 seçim imkanı təqdim olunur. II mərhələ üzrə seçimlərdə: - İmtahanda 10 və daha yuxarı bal toplayan; - I mərhələdə seçim edib, lakin qəbul olmayan; - I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən; - I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər iştirak edə bilərlər. II mərhələ üzrə seçim prosesi 27 avqust saat 23:59-da başa çatacaq. Qeyd edək ki, III mərhələ nəzərdə tutulmayıb. Geri qayıt |