Əsas Səhifə > Gənclər > DİM: 1600-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək
DİM: 1600-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verəcəkDünən, 12:00 |
![]() Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 20-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək. BrendSport.az saytının "Gənclər" şöbəsi xəbər verir ki, imtahanlar saat 11:00-da və 16:00-da başlanacaq. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib. İmtahana qeydiyyat iyunun 24-dən iyulun 10-dək aparılıb və bu müddət ərzində 1627 namizəd ərizə təqdim edib. Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: - Şəxsiyyəti təsdiq edən sənədin əsli; - İmtahana buraxılış vərəqəsi. İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 106 nəzarətçi və 9 buraxılış rejimi əməkdaşı ayrılıb. Geri qayıt |