Əsas Səhifə > Gənclər > BDU-nun komandası “Enactus” Azərbaycan Milli Yarışmasında III yeri tutub

BDU-nun komandası “Enactus” Azərbaycan Milli Yarışmasında III yeri tutub


16-08-2024, 19:58


Avqustun 16-da “Enactus” Azərbaycan Milli Yarışmasının final mərhələsi keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) “Enactus” komandası yarışda “AgroX" layihəsi ilə çıxış edib.

BrendSport.az saytının Gənclər Şobəsi
xəbər verir ki, ikinci liqada yarışan komanda yüksək bal toplayaraq final mərhələsində III yeri tutub. Yarışmada 24 komanda iştirak edib və 3 komanda final mərhələsində yüksək nəticə göstərib.

Qeyd edək ki, “Enactus” beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. “Enactus” ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir.
Geri qayıt