Əsas Səhifə > Gənclər > Aksiya: “Qan ver, həyat xilas et!”

Aksiya: “Qan ver, həyat xilas et!”


13-06-2024, 12:35


14 iyun - Ümumdünya Qan Donoru Günü ilə bağlı “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilib.

BrendSport.az informasiya portalının Gənclər
şobəsi xəbər verir ki, aksiya Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutunda, eyni zamanda, Mərkəzi Qan Bankının region bölmələrində (Quba, Mingəçevir, Gəncə, Bərdə, Şirvan, Şəki, Lənkəran, Sumqayıt) təşkil olunub.

Qanvermə aksiyasında Gənclər və İdman Nazirliyinin kollektivi, idman qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər, ASAPES-in əməkdaşları və digər kateqoriyadan olan insanlar iştirak edirlər. Həmişə olduğu kimi donorlardan toplanan qan talassemiyadan əziyyət çəkən xəstələrin müalicəsində istifadə ediləcək.

Qeyd edək ki, aksiyada hələlik 200 nəfər qan verib.

Banuçiçək Hüseynli
İdman.biz
Geri qayıt