Əsas Səhifə > Gənclər > Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başa çatır

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başa çatır


29-05-2024, 14:41


Ali təhsil müəssisələrinin (V ixtisas qrupu), tam (11 illik) orta və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı bu gün başa çatır.

BrendSport.az
saytının Gənclər şobəsi xəbər verir ki, Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. Buraxılış vərəqəsində qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Xüsusi qabiliyyət imtahanları ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.
Geri qayıt