Əsas Səhifə > Gənclər > AFFA Gənclər Liqasında mövsümə yekun vurulub

AFFA Gənclər Liqasında mövsümə yekun vurulub


13-05-2024, 14:40


AFFA Gənclər Liqasında 2023-2024-cü illər mövsümü başa çatıb.

BrendSport.az
xəbər verir ki, 33 turdan ibarət çempionatı 75 xalla birinci pillədə tamamlayan “Sabah” komandası Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək. “Səbail” 65 xalla ikinci, “Neftçi” 64 xalla üçüncü yeri tutublar.

AFFA Gənclər Liqasının ən yaxşı oyunçusu “Sabah”ın heyətində çıxış edən Həmzəalı Mikayılov seçilib. Ən məhsuldar futbolçu isə 33 qolla “Səbail”in üzvü Amir Qəribov olub.
Geri qayıt