Əsas Səhifə > Gənclər > BŞTİ: 46 məktəbdə operativ monitorinqlər keçirilib

BŞTİ: 46 məktəbdə operativ monitorinqlər keçirilib


22-12-2023, 11:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib.

BrendSport.az
saytının Gənclər şobəsi xəbər verir ki, monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib.

Ümumilikdə 35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir.
Geri qayıt