Əsas Səhifə > Gənclər > Yeniyetmələr arasında stolüstü tennis yarışı keçrilib
Yeniyetmələr arasında stolüstü tennis yarışı keçrilib20-12-2023, 09:29 |
Bu gün dövlət səviyyəsində gənclərə göstərilən diqqət, eyni zamanda idmana və idmançılarımıza yaradılan şərait, bu sahəyə verilən qiymət gələcək üçün müsbət stimul verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərə verilən dəyər, həm onlarda, həm də idmançılarımızda əlavə ruh yüksəkliyi yaradır. Artıq uzun müəddətdir BrendSport.az saytı tərəfdaş şirkətlərlə birlikdə xeyirxah missiyalı bir neçə layihələr həyata keçirir. Buna misal olaraq “İlhamlı Qələbələr” adlı uzun marafonlu festivalı, 44 günlük Vətən müharibəsində ordumuza, eyni zamanda maddi imkanı məhdud olan ailələrə göstərilən dəstəyi göstərmək olar. Ötən illərdə “İlhamlı Qələbələr” adlı festival çərçivəsində uzun bir yol qət etdik və bu tədbiri xeyirxah insanların köməkliyi ilə müvəffəqiyyətlə başa vudruq. Ümidvarıq ki, bu silsilədən olan tədbirlərimiz bundan sonra da davam edəcək. Bu il isə - “Heydər Əliyev İli”ndə bu xüsusda qarşımıza müəyyən məqsədlər qoymuşduq. Onları da həyata keçirmək üçün xeyirxah missiyamızı dostlarımızla birlikdə uğurla davam etdirməyə çalışdıq. Bu günlərdə də BrendSport.az saytı 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər idman məktəbinin dəstəyi ilə və tərəfdaş şirkətlərlə birlikdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İdman festivalı çərcivəsində 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə yeniyetmələr arasında stolüstü tennis yarışı keçirib. Yarışın baş sponsoru "SOEL" parfum, xüsusi sponsoru "OBA" marketlər şəbəkəsi, sponsorları isə "Natural halı Outlet" (Babək prospektində yerləşir), "SİRAB" suları, "Berg Tea", "CƏNGİ" idman klubu "Berqa Çay" və “Scallezioni” İtaliya geyimləri (Azadlıq prospektində yerləşir) olmuşdur. 84 idmançının qatıldığı yarışın açılışında Ulu Öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra söz layihənin rəhbəri Bəhruz Səmədova verilib. Bəhruz Səmədov son illərdə dövlətimizin idman sahəsində uğurlarından və müasir Azərbaycaının qurucusu, Ulu Öndər Heydər Əliyev haqqında danışıb. Layihə rəhbəri qeyd edib ki, Heydər Əliyev tərəfindən başladılan uğurlu siyasət bu gün də onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirir. B.Səmədov bu il “Heydər Əliyev İli”nin dövlətimiz və millətimiz üçün həm idmanda, həm də dünya siyasətində ötən illərdən daha da uğurlu il olduğunu qeyd edib. Layihə rəhbəri onu da vurğulayıb ki, bu gün əldə olunan uğurlarda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Qazanılan bütün nailiyyətlərə görə, prezident cənab İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib. Sonra sözü 44 günlük Vətən müharibəsi iştirakçısı, tədbirdə qonaq kimi iştirak edən Huseyn Həsənova verilib. O da öz növbəsində şəhidlərimizə rəhmət diləyərək, bütün idmançılara uğurlar arzulayıb. Dövlət himni səsləndirilib və yarış açıq elan olunub. Açılış mərasimindən sonra püşkatma mərasimi keçirilib. İki gün davam edən və gərginliyi ilə yadda qalan turnirin sonunda qaliblər müəyyənləşib. Xatırladaq ki, yarış iki yaş qrupunda keçirilib. Yeniyetmələr və daha kiçik yaşlı idmançılar qalıb kürsüsünə yer almaq üçün mübarizə aparıblar. Oğlanlar arasında 1-ci yeri Məhəmmədəli Səmədzadə, 2-ci yeri Əbülfəz Kəlbiyev, 3-ci yerləri Hüseyn Kəlbiyev və Hüseyn Əliyev tutublar. Qızlar arasında isə 1-ci yeri Nuray Feyzullayev, 2-ci yeri Zəhra Rəhimova, 3-cü yeri isə Münəvvər Feyzullayeva və Məryəm Heybətova tutublar. 8-10 yaşlı oğlanlarin yarısında 1-ci yeri Əbülfəz Kəlbiyev, 2-ci yeri Qasım Əliyev, 3-cü yeri isə Şəfi Sadiq qazanıblar. 6-8 yaşlı tennisçi qizlar arasında 1-ci yeri Leyla Əliyeva, 2-ci yeri Nərminə Behbudzadə, 3-cü yeri isə Gulzar Kazımlı tutmuşlar. Tədbirin ən fəal qız stolüstü tennisçiləri Nərmin Kazımlı, Emiliya Behbudzadə, Mənsumə Sadiqli və Məlahət Şirəlizadə, oğlan tennisçilər isə Həsənəli Babayev, Fərhad Əzizli, Rəvan Səfərli, Sadiq Əlizadə olublar. Xatırladaq ki, yarışın açılış mərasimindən 44 günlük Vətən müharibəsinin qəhrəman qaziləri Hüseyn Həsənov və Babək Cəfərov baş sponsor "SOEL" parfumdan, sponsorlar “Natural halı outlet”dən hədiyyələr və "Scallezioni" italiyan kişi geyimlərindən hədiyyələr təqdim edib. Yarışın sonunda layihə rəhbəri Bəhruz Səmədov turnirin qaliblərinə və fərqlənənlərə BrendSport.az saytı adından diplomlar baş sponsor "SOEL" parfumdan və sponsorlar tərəfindən ayrılan hədiyyələrini təqdim edib. Tədbirə göstərdikləri dəstəyə görə isə media orqanlarına və nümayəndələrinə də dərin minnətdarlığımızı bildiririk. Bir daha xatırladaq ki, tədbirin baş sponsoru “SOEL parfüm”, xüsusi sponsor "OBA" marketlər şəbəkəsi, sponsorları isə “Natural halı outlet”, "Berg Tea", "CƏNGİ" İdman klubu, "Berqa Çay", "SİRAB" suları, “Scallezioni” kişi geyimləri brendi olub. Geri qayıt |