Əsas Səhifə > Gənclər > Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Respublika Spartakiadası keçirilib

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Respublika Spartakiadası keçirilib


11-12-2023, 13:37

Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş XV Respublika Spartakiadası keçirilib.

BrendSport.az saytının Gənclər şöbəsi
xəbər verir ki, spartakiadaya qızların dama yarışı ilə start verilib. Azərbaycan Pedaqoji Kollecinin idman kompleksində baş tutan yarışda 6 komanda iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Kolleci birinci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ikinci, Bakı Texniki Kolleci üçüncü yeri tutub.

Oğlanlar arasında dama yarışı"nda isə 7 komanda qüvvəsini sınayıb. Qalib adına Qida Sənayesi Kolleci sahib çıxıb. Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci gümüş medal qazanıb. Sənaye və Texnologiya Kolleci isə üçüncü olub.
Geri qayıt