Əsas Səhifə > Gənclər > Azərbaycanın ll Türk Dövlətləri Universiadasındakı bayraqdarları bəlli olub
Azərbaycanın ll Türk Dövlətləri Universiadasındakı bayraqdarları bəlli olub6-11-2023, 13:55 |
Qazaxıstanın Türkistan vilayətində keçirilən ll Türk Dövlətləri Universiadasında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları məlum olub. BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, bu gün keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Ramilə Əliyeva və sərbəst güləşçi Vasif Bağırov daşıyacaqlar. V. Bağırov yeniyetmələr arasında dünya və Avropa birincisi, R. Əliyeva isə Avropa və ölkə ikincisi olub. Qeyd edək ki, Azərbaycan noyabrın 9-dək davam edəcək yarışda 4 idman növündə - stolüstü tennis (6 nəfər), cüdo (13 nəfər), yunan-Roma güləşi (10 nəfər) və sərbəst güləş (9 nəfər) üzrə ümumilikdə 38 idmançı ilə təmsil olunur. İlk Türk Dövlətləri Universiadası 2018-ci ildə Bakıda keçirilib. Geri qayıt |