Əsas Səhifə > Gənclər > Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Payız turniri” başa çatıb

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Payız turniri” başa çatıb


27-10-2023, 20:09


AFFA-nın dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş, eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.

BrendSport.az
xəbər verir ki , turnirin qalibi “Azəri” komandası olub.

“Ümid” və “Bakı” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yeri tutublar. “Bakı”dan Sənan Ağayev turnirin ən yaxşı oyunçusu, “Ümid”dən Sənan Mirzəzadə isə ən yaxşı qapıçısı seçiliblər. Turnirin ən məhsuldar oyunçusu 13 qol vuran “Azəri” komandasının üzvü Nihad Qarayev olub.

Sonda komandalara medallar, diplomlar və kubok təqdim edilib.
Geri qayıt