Əsas Səhifə > Gənclər > Azərbaycan gimnastları qitə çempionatında yeddi qızıl medal qazanıb

Azərbaycan gimnastları qitə çempionatında yeddi qızıl medal qazanıb


22-10-2023, 23:23



Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qızıl medal qazanıblar.

BrendSport.az
xəbər verir ki , idmançılar balans hərəkətlərində birinci yeri tutublar.

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü də temp hərəkətlərində qızıl medal əldə ediblər.

Yığma ümumilikdə yarışı 7 qızıl və 2 gümüş medalla başa vurublar.
Geri qayıt