Əsas Səhifə > Gənclər > Azərbaycan gimnastika yığması Avropa çempionatında 2 qızıl medal qazanıb

Azərbaycan gimnastika yığması Avropa çempionatında 2 qızıl medal qazanıb


22-10-2023, 07:23


Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında 2 qızıl meda qazanıb.

BrendSport.az
xəbər verir ki, idmançılarımız çoxnövçülük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, həmçinin, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) qitə birinciliyində gümüş medala yiyələnib.
Geri qayıt