Əsas Səhifə > Gənclər > "Neftçi"nin sabiq prezidenti Bolqarıstan - Kosovo oyununa təyinat alıb

"Neftçi"nin sabiq prezidenti Bolqarıstan - Kosovo oyununa təyinat alıb


14-10-2023, 19:50


"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.

BrendSport.az
xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AVRO-2025-in seçmə mərhələsində keçiriləcək Bolqarıstan - Kosovo matçında UEFA nümayəndəsi olacaq.

Oktyabrın 17-də Sofiyada reallaşacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.
Geri qayıt