Əsas Səhifə > Gənclər > Azərbaycanın U-21 millisinin üzvü: "Futbolda belə anlar da olur"

Azərbaycanın U-21 millisinin üzvü: "Futbolda belə anlar da olur"


13-10-2023, 22:00


"Təəssüf ki, penaltini qola çevirə bilmədik. Amma futbolda belə anlar da olur".

BrendSport.az.
xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Abdulla Rzayev Bakıda Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

Sağ cinah müdafiəçisi matça yaxşı start verdiklərini bildirib: "Görüşə yaxşı hazırlaşmışdıq. Rəqibi də təhlil etmişdik. Qol imkanlarımız oldu, amma təəssüf ki, yararlana bilmədik".

Rzayev Lüksemburqla qarşıdakı oyuna köklənəcəklərini söyləyib: "Meydana qələbə üçün çıxacağıq. Üç xal əldə edərək azarkeşləri sevindirmək istəyirik".

Qeyd edək ki, Azərbaycanın U-21 millisi ilk matçda səfərdə Serbiyaya 0:2 hesabı ilə məğlub olub.
Geri qayıt