Əsas Səhifə > Gənclər > Azərbaycan cüdoçuları Qoridə təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycan cüdoçuları Qoridə təlim-məşq toplanışında iştirak edirlər11-10-2023, 21:11 |
Azərbaycanın müxtəlif regionlarından olan 15 yaşadək cüdoçular Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışında iştirak edirlər. BrendSport.az xəbər verir ki, yerli idmançılarla ilə birlikdə keçirilən hazırlıq prosesinə ölkənin 31 cüdoçusu qatılıb. Ayın əvvəlində start götürən toplanış oktyabrın 13-dək davam edəcək. Yeniyetmə cüdoçulara ACF-nin regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusov rəhbərlik edir. Toplanış müvafiq yaş qrupu üzrə region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması və gələn il baş tutacaq Azərbaycan birinciliyinə hazırlıq məqsədini daşıyır. Geri qayıt |