Əsas Səhifə > Gənclər > Azərbaycan gimnastları Bolqarıstana yollanıblar

Azərbaycan gimnastları Bolqarıstana yollanıblar


10-10-2023, 16:37


Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstana yollanıb.

BrendSport.az
xəbər verir ki , idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında çıxış edəcəklər.

Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) turnirdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 31-ci Avropa yaş qrupları yarışı 12-15 oktyabr tarixlərində təşkil olunacaq.
Geri qayıt