Əsas Səhifə > Gənclər > Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi qadınların yarışı ilə start götürüb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi qadınların yarışı ilə start götürüb


5-10-2023, 17:02



Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında gənc ağırlıqqaldıranlar arasında Azərbaycan birinciliyi start götürüb.

BrendSport.az
xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kiloqram çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib olublar.
Geri qayıt