Əsas Səhifə > Fotoqalareya > Zidan Salahı təriflədi

Zidan Salahı təriflədi


16-12-2017, 13:02


“Real”ın baş məşqçisi Zinəddin Zidan “Liverpul”un futbolçusu Məhəmməd Salah haqda danışıb. O, misirli yarımmüdafiəçi barədə müsbət fikirlər səsləndirib.

Zidan Salahın oyununu çox bəyəndiyini bildirib: “Əla futbolçudu. O, bunu hələ “Roma”da olarkən isbatlamışdı. İndi isə “Liverpul”da özünü yaxşı tərəfdən göstərir. Salah gəncdi və getdikcə daha da inkişaf edir. Onu çox bəyənirəm və çıxışını yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, Salahın adı xarici mətbuatda “Real”la birgə hallanmaqdadı.
Geri qayıt