Əsas Səhifə > Fotoqalareya > Yunan-Roma güləşçimiz Elmir Əliyev U-23 Avropa çempionatının finalına yüksəlib

Yunan-Roma güləşçimiz Elmir Əliyev U-23 Avropa çempionatının finalına yüksəlib


14-03-2023, 22:00
Yunan-Roma güləşçimiz Elmir Əliyev U-23 Avropa çempionatının finalına yüksəlib

Yunan-Roma güləşçimiz Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatının finalına yüksəlib.

BrendSport.az
xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz dörddəbir finalda türk Mert İlbarsı məğlub edib. Yarımfinalda Gürcüstan idmançısı Dmitri Xaçidzeyə qalib gələn E.Əliyev həlledici görüşə vəsiqə qazanıb.
Bu gün daha iki güləşçimiz yarımfinal görüşünə çıxacaq. Belə ki, Qurban Qurbanov (72 kq) Gürcüstan idmançısı Giorgi Çxikvadze, Murad Əhmədiyev (97 kq) isə almaniyalı Lukas Lazoqianis ilə qarşılaşacaq.
Geri qayıt