Əsas Səhifə > Fotoqalareya > "Atamın tövsiyəsi ilə Türkiyəyə oxumağa gəldim"

"Atamın tövsiyəsi ilə Türkiyəyə oxumağa gəldim"


11-12-2017, 12:51


Etibarov Əmrah Əliməhəmməd oğlu 1998-ci ildə Şamaxı rayonunda anadan olub. Rayonda tanınmış Etibarovlar nəslindədir. Şamaxı Texniki Humanitar Təmayüllü Liseyin məzunudur.

Liseydə oxuduğu müddətdə özünu nümunəvi şagird kimi göstərən Əmrah, sinif yoldaşdarı və müəllimlər arasında böyük hörmət qazana bilib. Eyni zamanda məktəbin fəallarından olub. Xocalı soyqırımına həsr olunmuş şeir müsabiqəsinin mükafatçısıdır.

Rayonda keçirilən müxtəlif oyun növləri üzrə mükafatçı olub. Şamaxının komanda oyunlarında çıxış edib. Futbol və basketbol üzrə rayon mükafatçısı, voleybol üzrə rayon çempionudur.

Sonradan taekvondo ilə məşğul olan Əmrah rayon çempionu və qırmızı kəmər sahibidir.
Hazırda Türkiyənin tanınmış və nüfuzlu Ərzurum Dövlət Universitetinin I kurs tələbəsidir.

Əmrahın elm və təhsil haqqında fikirləri:

- Atamın tövsiyəsi ilə Türkiyəyə oxumağa gəldim. Türkiyənin təhsil sistemi dünyada tanınmış təhsil sistemlərindən biridir. Avropa təhsilində isə ən öndə gedən bir sistemdir. Bizim universitet də Türkiyədə öz yetirmələri ilə seçilir. Bu universitetin daxili özəlliklərindən biri də məzunlarının sonradan işlə təmin olunmasına calışmasıdır. Burada idmana da boyük qayğı var.

Alxas Məmmədov




Geri qayıt