Əsas Səhifə > Fotoqalareya > "Qarabağ" azarkeşlərə çağırış etdi

"Qarabağ" azarkeşlərə çağırış etdi


14-02-2023, 19:55


"Qarabağ" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Gent” (Belçika) ev oyunu öncəsi azarkeşlərə müraciət edib.

BrendSport.az
xəbər verir ki, klubun  yaydığı müraciətdə bildirilir:

"24 min ürəyin düyüntüsünü, o ürəklərdən gələn “Qarabağ” çağırışını artıq indidən eşidirik. İnanırıq ki, 31 min azarkeş stadionda, milyonlar isə ekran qarşısında “Qarabağ”la nəfəs alacaq. Tərimizin son damlasına qədər Azərbaycanımız üçün oynayacağımızdan əmin olun. Odur ki, siz də bizə daha yaxın olmağa, stadionda yerinizi tutmağa çalışın.

Satışda hələ də 7 min bilet qalıb. Almağa tələsin! Tələsin ki, yeni tarixi birlikdə yazaq!

Təşəkkürlər, “Qarabağ” azarkeşi! Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda görüşənədək".

Xatırladaq ki, "Qarabağ"la "Gent"in ilk oyunu fevralın 16-da Bakıda, cavab görüşü fevralın 23-ü Belçikada keçiriləcək. 
Geri qayıt