Əsas Səhifə > Fotoqalareya > Şamaxı məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarında

Şamaxı məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarında


18-11-2017, 14:06


15 noyabr 2017-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.

BrendSport.az saytı Şamaxı rayon Təhsil Şöbəsinə istinadən istinadən xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev,Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev və digər çıxış edənlər aksiyanın əhəmiyyətindən danışaraq, şagirdlərə xoş istirahət arzulamış, bu aksiyanın həyata keçirilməsinə təşəbbüs göstərdiyi üçün cənab prezident İlham Əliyevə təşəkkürlərini bildirmişlər.

Qeyd edək ki,artıq 4-cü ildir keçirilən bu aksiyada rayonumuzun 40 məktəblisi noyabrın 16-19-da “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında gəzintidə olublar.

Alxas Məmmədov




Geri qayıt