Əsas Səhifə > Fotoqalareya > “Azarkeşlər nə qədər məyus olmalıdırlar ki?”

“Azarkeşlər nə qədər məyus olmalıdırlar ki?”


16-10-2017, 11:40


Mikayılov Kənan 2001-ci ildə anadan olub. Texniki Humanitar Təbiət Təmayüllü liseyin XIa sinif şagirdidir. M.Ə.Sabirin şeirlərinə həsr olunmuş ədəbii-bədii müsabiqədə iştirak edib.

Ümumrayon breyn-rinq müsabiqəsində qüvvəsini sınayıb və yekunda II yerə layiq görülüb. Hər sınaq imtahanından orta hesabla 550 bal toplaya bilir.

Sabirin "Bəhri təvil" şerini əzbər bilir və ən maraqlı cəhət ondan ibarətdir ki, o, bu şeiri 1 dəqiqə 30 saniyə müddətində deyə bilir. Ancaq hamıya məlumdur ki, bu şeir çox çətin sözlərlədən ibarətdir. Özün intellektual gənc sayan Kənan güləş, trenajor və futbol həvəskarıdır. Boş vaxtlarında klassik Azərbaycan filmlərini izləməyi sevir.

- İdmanla məşğul olmağa vaxt tapırsanmı?

- Bəli, dərslərimi hazırlayandan sonra məşğul oluram. İstəyirəm ki, ali məktəbə daxil olum. Orda da futbol komandasına yazılmağı düşünürəm. İdman bir növ əsəbləri sakitləşdirir. Futbol oynamaq isə demək olar ki, istirahətdir.

- Səncə, milli futbol komandamız öz uğurları ilə bizi nə vaxt sevindirəcək?

- Onu mən deyə bilmərəm. O, onların insafına qalsın. Azarkeşlər nə qədər məyus olmalıdırlar ki? (gülür). Bu həmişə belə ola bilməz, nəsə etmək lazımdır komandamız üçün.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Geri qayıt