Əsas Səhifə > Fotoqalareya > Talışka təhdid olunur

Talışka təhdid olunur


14-10-2017, 13:15


"Beşiktaş"ın aparıcı üzvü Anderson Talışka şok olayla üz-üzə qalıb. Bu haqda Portuqaliya mətbuatı xəbər yayıb.

Məlumata görə, 23 yaşlı futbolçu sosial şəbəkələrdə sabiq komandası "Benfika" azarkeşlərindən təhdid mesajları almağa başlayıb. İddia olunur ki, futbolçu azarkeşlər tərəfindən tez-tez təhqirlərə və təhdidlərə məruz qalıb. Hansı ki, bunlar haqda FIFA-ya şikayət etsə, bir daha "Benfika"ya dönməyə bilər.

Bunun səbəbi kimi Talışkanın ötən mövsüm Çempionlar Liqasında "Beşiktaş"ın "Benfika"ya qarşı ilk matçında qol vurması və ardından sevincini qeyd etməsi mübahisələrin əsas nöqtəsi kimi göstərilir.
Geri qayıt