Əsas Səhifə > Fotoqalareya > Şevçenkonu Qriqorçuk əvəzləyə bilər
Şevçenkonu Qriqorçuk əvəzləyə bilər11-10-2017, 15:21 |
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko istefaya göndərilə bilər. Footballgazeta.com-un yaydığı xəbərə görə, buna səbəb yığmanın DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməməsidir. Ukrayna mətbuatı növbəti dəfə baş məşqçi vəzifəsinə namizədlər arasında "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçukun da olduğunu yazıb. Digər namizədlər isə Miron Markeviç və Viktor Skripnikdir. Qeyd edək ki, Ukrayna mətbuatı daha əvvəl də Qriqorçukun millini çalışdıracağı haqda xəbərlər yaymışdı. Geri qayıt |