Əsas Səhifə > Fotoqalareya > Selfi Neymarın başına bəla oldu

Selfi Neymarın başına bəla oldu


6-10-2017, 21:13


PSJ-yə 2:6 hesabı ilə uduzan "Bordo"nun futbolçusu Malkomun Neymarla selfi çəkdirməsi Fransada olay olub.

20 yaşlı futbolçu həmyerlisi ilə çəkdirdiyi selfini sosial mediada paylaşandan sonra tənqid hədəfinə çevirilib.

Olayla bağlı danışan "Bordo"nun baş məşqçisi Yoselin Qurvenneç bunu futbolçunun gənc olması ilə əlaqələndirib: "Bunun bir gənclik xətası olduğunu düşünürəm. Biz Parisə forma dəyişdirməyə və ya foto çəkdirməyə gəlməmişik. Onunla bu barədə şəxsi söhbət edəcəm. Bunun bir daha təkrarlanmamasını istəyirəm. Hər kəs peşəkar karyerasında səhv edə bilər. Onun təkrarlanmaması önəmlidir".

Qeyd edək ki, Neymar "Bordo" ilə oyunda 2 qol vurub və bir məhsuldar ötürmə edib.
Geri qayıt