Əsas Səhifə > Fotoqalareya > Tovuzda taekvondonun təbliğatçısı
Tovuzda taekvondonun təbliğatçısı12-09-2017, 23:26 |
Coşqun Nadirov 1979-cu il fevral ayının 6-da Tovuz rayonunda anadan olub. 1985-ci ildə Nəsrəddin Tusi adına rus məktəbinə qəbul olunub. BrendSport.az xəbər verir ki, 1986-ci ildə sərbəst güləşlə məşgul olub. Bir il sonra isə Zöhrab Məmmədovun rəhbərliyilə keçirlən karate dərslərinə başlayıb. 1994-cü ildə Elçin Abbasov onu taekvondo idman növünə dəvət edib. Həmin ildən Zöhrab Sadıqov, Elçin Abbasov, Təyyar Vəliyev və Elşən Əhmədovun məşqlərinə başlayıb. 4 qat Azarbaycan çempionudur. Bir neçə beynalxaq yarışların iştirakçısı və qalibi olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2001-ci ildə akademiyanı bitirib hərbi xitmətə yollanıb. Hərbi xitmətini Ağdam rayonunda “N” sayli hərbi hissədə 2002-ci ildə başa vurub. Elə həmin ildən “Tovuz” Taekvondo Klubunun baş məşqçisi kimi fəaliyyətə başlayıb. Bir neçə tələbəsi Azərbaycan çempionu, Avropa və beynalxaq yarışların qalibi olub. 2012-ci ildə taekvondo üzrə hakimlik seminarından ugurla keçərək hakim olub. 2013-cü ildə isə Avstraynın İnsburq şəhərində kecirlən beynalxaq hakimlik seminarında beynalxaq dərəcəli hakim statusu alıb. Elə həmin ildə Koreyada keçirilən beynalxaq məşqçilik kursunda iştirak edərək sertifikat alıb. Ailəlidir, 3 oğlu var. Zahid Məmmədovla birlikdə “Uğur” Taekvondo Klubunda və “Modern” İdman Məktəbində məşqçi kimi işləyir. 3-cü dan kara kəmər sahibidir. Əliqasım Məmmədov Geri qayıt |