Əsas Səhifə > Fotoqalareya > İbrahimoviçlə bağlı yeni iddia

İbrahimoviçlə bağlı yeni iddia


4-11-2018, 17:59


"Mançester Yunayted"dən ayrıldıqdan sonra karyerasını ABŞ-da MLS liqasında davam etdirən Zlatan İbrahimoviçlə bağlı transfer iddiası ortaya atılıb.

İtaliyanın məşhur qəzetlərindən olan "La Gazetta dello Sport" hazırda "Los Anceles Qalaksi"nin formasını geyən futbolçunun yenidən "Milan"da çıxış edə biləcəyini yazıb.

Xəbərdə Zlatanın həyat yoldaşı Helena Secerin də transferə razılıq verdiyi və hücumçunun yenidən "San Siro"ya dönməyi düşündüyü bildirilib.

37 yaşlı isveçli hücumçunun "LA Qalaksi" ilə müqaviləsi 2019-cu ilin sonunda bitəcək.
Geri qayıt