Əsas Səhifə > Fotoqalareya > "Neymar özü "Barselona"dan getdi və qayıtmayacaq

"Neymar özü "Barselona"dan getdi və qayıtmayacaq


22-10-2018, 22:22


"Barselona"nın prezidenti Xosep Bartomeu PSJ-nin futbolçusu Neymarın Kataloniya klubuna qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

"Mundo Deportivo"nın yaydığı məlumata görə, klub rəhbəri xəbərin əsassız olduğunu deyib. O, braziliyalı hücumçunun transferində maraqlı olmadıqlarını qeyd edib:

"Neymar özü "Barselona"dan getdi və qayıtmayacaq. Biz onun qayıdışını müzakirə etmirik. Onun ətrafından heç kim mənimlə əlaqə saxlamayıb".

Qeyd edək ki, Neymar ötən “Barselona”dan PSJ-yə 222 milyon avro qarşılığında keçmişdi.
Geri qayıt