Əsas Səhifə > Fotoqalareya > Firminodan “Barselona” açıqlaması

Firminodan “Barselona” açıqlaması


22-10-2018, 11:08


“Liverpul”un braziliyalı hücumçusu Roberto Firmino “Barselona”ya keçəcəyi haqqında yayılan iddialara cavab verib.

İngiltərə mətbuatı xəbər verir ki, 27 yaşlı futbolçu Mersisayd klubunda qalmaq istədiyini deyib:

“Mən yalnız “Liverpul”la maraqlanıram və onlarla birlikdə edə biləcəyim hər şeyi qazanıram. Üstəlik, dünyanın ən yaxşı azarkeşləri burdadır”.

2015-ci ildən “Liverpul”da çıxış edən “sambaçı”, 112 oyunda 38 qol vurub.
Geri qayıt