Əsas Səhifə > Fotoqalareya > Ağır atletlərimiz Avropa birinciliyinə qatılacaq
Ağır atletlərimiz Avropa birinciliyinə qatılacaq19-10-2018, 12:42 |
Oktyabrın 20-dən 27-dək Polşanın Zamots şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. 40-a yaxın ölkədən 393 atletin (169 qadın+224 kişi) mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. Polşaya yollanan heyətlə sizi tanış edirik: Oğlanlar 20 yaşa qədər: Qasımov Rüstəm - 62 kq. 23 yaşa qədər: Məmmədli Məhəmməd - 62 kq, İbrahimli Paşa - 69 kq. Qızlar 20 yaşa qədər: Əzimova Səbinə - 53 kq. 23 yaşa qədər: Məhərrəmova Mərziyyə - 48 kq, Əlizadə Gülçin - 58 kq, İbrahimova Firuzə - 63 kq, Abbasova Elnarə - 69 kq. Geri qayıt |