Əsas Səhifə > Fotoqalareya > Suaresin yerinə Firmino

Suaresin yerinə Firmino


18-10-2018, 21:56


"Liverpul"un hücumçusu Roberto Firmino "Barselona"nın maraq dairəsinə düşüb.

“Marca”nın yaydığı xəbərə görə, 27 yaşlı futbolçunu transfer etməyi Filipe Koutinyo “Barsa”ya məsləhət görüb.

"Barselona" Firmonoya Luis Suaresə əvəzləyici kimi baxır. Bu mövsüm zəif çıxışla yadda qalan uruqvaylı futbolçu komandanı tərk edə bilər.

Qeyd edək ki, Firmino bu mövsüm Premyer Liqada 8 oyuna 2 qol vurub.
Geri qayıt