Əsas Səhifə > Fotoqalareya > Nainqqolandan “Roma”ya sərt ittihamlar
Nainqqolandan “Roma”ya sərt ittihamlar17-10-2018, 22:14 |
“İnter”in futbolçusu Raca Nainqqolan “Roma”nı tərk etmə səbəblərini açıqlayıb. İtaliyanın “Gazetta dello Sport” nəşrinə açıqlama verən Nainqqolan, “Roma”nın ona hörmətsizlik etdiyini deyib: “Mənim heç bir səhvim yox idi. Mənə qarşı bəzi şeylər oldu və çox məyus idim. "Roma"da mənə heç nə demirdilər. Pul qazanmaq üçün məni satmaq istəyirdilər, hətta başqa bir klubla da razılaşmışdılar. Lakin mən bunu qəbul edə bilməzdim. Mənə əhəmiyyətsiz futbolçu kimi davrandılar. Bir gün Luçano Spaletti mənə zəng vurdu və “İnter”ə gəlməyimi istədi. Bu təklifi düşünmədən qəbul etdim. Çox yaxşı bir yerə gəlmişəm. Klubun rəhbəri Stiven Zanq həmişə yanımızda olur. Ancaq “Roma”nın prezidenti Ceyms Palotta ildə bir dəfə gəlir. Rəhbərlik daim klubla birgə olmalıdır”. Nainqqolan yay transfer pəncərəsi dövründə 38 milyon avro qarşılığında “Roma”dan “İnter”ə transfer edilib. Geri qayıt |