Əsas Səhifə > Fotoqalareya > PSJ-nin ÇL matçı qumara qoyulub - UEFA-dan şok açıqlama

PSJ-nin ÇL matçı qumara qoyulub - UEFA-dan şok açıqlama


12-10-2018, 22:31
PSJ-nin ÇL matçı qumara qoyulub - UEFA-dan şok açıqlama

UEFA Çempionlar Liqasının PSJ (Fransa) - "Srvena Zvezda" (Serbiya) oyunu ilə bağlı araşdırmalara başlayıb.

Buna səbəb Paris klubunun 6:1 hesablı qələbə qazandığı matça 5 milyon avro pul qoyuluşu edilməsidi. Belə ki, Serbiyada "Srvena Zvezda"nın 5 top fərqi ilə yeniləcəyinə 5 milyon avro pul qoyulub. Həmin mərcin sahibi 10 milyon avrodan artıq pul qazanıb.

Qeyd edək ki, qrup mərhələsinin II turu çərçivəsində keçirilən matçın ilk yarısında PSJ 4:0 hesablı qələbə qazanmışdı. İkinci yarıda serblər fərqi azaltsa da, Paris klubunun 5 top fərqli qələbəsini rəsmiləşdirən qolu 81-ci dəqiqədə Neymar rəqib qapısından keirmişdi.
Geri qayıt