Əsas Səhifə > Fotoqalareya > Terri “Çelsi”yə baş məşqçi gətirildi

Terri “Çelsi”yə baş məşqçi gətirildi


30-09-2018, 11:58
Terri  “Çelsi”yə baş məşqçi gətirildi

“Çelsi”nin sabiq futbolçusu Con Terri məşqçilik karyerasına başlayıb. Terrinin məşqçi kimi ilk iş yeri elə sabiq klubu “Çelsi” olacaq. O, “təqaüdçülər”in 23 yaşdan aşağı futbolçulardan ibarət komandasına rəhbərlik edəcək.

Terri bu postda Codi Morissanı əvəz edib. Morissa Frenk Lempardın baş məşqçisi olduğu “Derbi Kaunti”yə gedib.

Terrinin illik məvacibi 800 min funt olacaq.

Con Terri sentyabr ayında Moskva “Spartak”ına keçməyə yaxın idi. Ancaq futbolçu ailəsi ilə məsləhətləşdikdən sonra Rusiyaya getməkdən imtina etdi.

Terri “Çelsi”nin şərəfini 1998-2017-ci illərdə qoruyub. Ö, ötən mövsümü isə “Aston Villa”da keçirib.
Geri qayıt