Əsas Səhifə > Fotoqalareya > Poqba Mourinyonun futbol fəlsəfəsini tənqid etdi

Poqba Mourinyonun futbol fəlsəfəsini tənqid etdi


24-09-2018, 20:52


“Mançester Yunayted”in futbolçusu Pol Poqba komandanın baş məşqçisi Joze Mourinyonun futbol fəlsəfəsini tənqid edib.

Fransız futbolçu İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

“Öz meydanımızda daha çox hücum etməliyik. Bura bizimdir və burda ancaq hücum etməliyik. Bu zaman rəqiblərimiz bizdən qorxacaq. Belə oynayanda hər şey daha rahat olur. Nə üçün belə oynamadığımızı deyə bilmərəm. Çünki mən məşqçi deyiləm, sadəcə, bir futbolçuyam. Daha çox hərəkət etməliyik”.

“Mançester Yunayted” cari çempionatda 6 turdan sonra 10 xalla 7-ci pillədə qərarlaşıb.
Geri qayıt