Əsas Səhifə > Fotoqalareya > Xavi Alonso "Real"a məşqçi gəlir

Xavi Alonso "Real"a məşqçi gəlir


29-08-2018, 15:02
Xavi Alonso "Real"a məşqçi gəlir

İspaniya millisi və “Real”ın sabiq üzvü Xavi Alonso məşqçilik karyerasına başlayıb.

“AS” nəşrinin yaydığı xəbərə görə, 37 yaşlı veteran yarımmüdafiəçi “Real”ın U-14 komandasını çalışdıracaq. O, artıq ötən gün komandasını məşqə çıxarıb.

Qeyd edək ki, 2009-2014-cü illərdə Madrid klubunda çıxış edən X.Alonso 2017-ci ildə “Bavariya”da futbolçu karyerasını bitirib.
Geri qayıt