Əsas Səhifə > Fotoqalareya > Azar “Çelsi”yə şərtini açıqladı
Azar “Çelsi”yə şərtini açıqladı23-08-2018, 13:33 |
Edin Azar bu mövsüm başa çatdıqdan sonra da “Çelsi”də qala bilər. Azar “Çelsi” ilə yeni - uzunmüddətli müqavilə bağlamaq üçün şərtini açıqlayıb. O, klub rəhbərliyi ilə söhbətdə bildirib ki, komanda mövsümün sonunda ən azı 4-cü pilləni tutub ÇL-ə vəsiqə qazansa, yeni müqavilə bağlaya bilər. Azarın qüvvədə olan müqaviləsi 2020-ci ilin yayına qədər nəzərdə tutulub. Klub rəhbərliyi ona yeni müqavilə təklif etmək istəyir. Yeni müqaviləyə görə, belçikalı futbolçunun həftəlik məvacibi 245 min avrodan 334 min avroya qaldırılacaq. Geri qayıt |