Əsas Səhifə > Fotoqalareya > Xorvatiyalı hücumçu "Atletiko”da

Xorvatiyalı hücumçu "Atletiko”da


9-08-2018, 21:12


"Milan”ın hücumçusu Nikola Kaliniç karyerasını Madrid "Atletiko”sunda sürdürəcək.

İspaniya klubunun rəsmi tvitter hesabında yayılan xəbərə görə, 30 yaşlı forvard madridlilərlə 3 illik müqavilə imzalayıb. İtaliya təmsilçisi xorvat hücumçunun satışından 14,5 milyon avro qazanıb.

Qeyd edək ki, DÇ-2018-in gümüş medalını boynundan asan Kaliniç Rusiyadakı turnirdə meydana çıxmayıb.
Geri qayıt