Əsas Səhifə > Fotoqalareya > Millimizin üzvü yeni kluba keçdi

Millimizin üzvü yeni kluba keçdi


30-07-2018, 11:39


Millimizin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.

Milliləşdirilmiş futbolçu Tükiyənin I liqasında çıxış edən "Boluspor”la müqavilə bağlayıb. Bu barədə Bolu təmsilçisinin rəsmi saytı məlumat yayıb. 28 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ötən mövsüm "Samsunspor”da forma geyinən Ufuk Budak karyerası ərzində Almaniyanın "SSV Ulm 1846", "Frayburq" (II komanda), Türkiyənin "Əskişəhərspor", "Manisaspor”, "Kayserispor” və "Qaziantep BB” klublarında çıxış edib.
Geri qayıt